Qara Qarayev metrosuna 3 dəqiqəlik piyada məsafədə, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 42 kv.m olan təmirli 2 otaqlı mənzil kirayə verilir.
Mənzildə yaşayış üçün zəruri olan mebel və avadanlıqlar mövcuddur. Qonaq otağında divan və yumşaq kreslo, şüşəli servant, masa-oturacaq dəsti, televizor və çilçıraq yerləşir. Yataq otağında ikinəfərlik çarpayı, paltar dolabı, güzgülü komod, tumbalar və ütü masası var. Dəhlizdə şkaf və asılqan, mətbəxdə isə mətbəx mebeli, aspirator, qaz plitəsi, soba, paltaryuyan maşın və masa-oturacaq dəsti quraşdırılıb.
Aylıq kirayə haqqı 650 AZN təşkil edir.
Xidmət haqqı 30% təşkil edir