"Central Towers" yaşayış kompleksində lüks mənzil kirayə verilir. Mənzil yeni və yüksək keyfiyyətli materiallarla təmir olunub. Təmirdən sonra mənzildə qətiyyən yaşayış olmayıb, bütün mebel və məişət avadanlıqları yenidir. Kompleks 24/7 mühafizə xidməti, yeraltı avtodayanacaq və sürətli liftlərlə təmin olunub. Mərkəzi Parka, Nizami metrosuna, iaşə obyektlərinə və şəhərin əsas infrastrukturuna birbaşa çıxışı var.